Modern.az

Xəstəxana boşalsın deyə 300 xəstəni öldürüb

Xəstəxana boşalsın deyə 300 xəstəni öldürüb

28 Mart 2013, 16:49


Braziliyada bir həkimi 7 xəstənin öldürülməsində ittiham edib, 300 xəstəninsə ölümündə şübhəli bilirlər. Modern.az-ın məlumatına görə, Suareş di Souza adlı həkim xəstəxanada yerlərin boşalması üçün bu cür cinayətə əl atıb. Reuters-in yaydığı məlumatda bildirilir ki, fakt barədə genişmiqyaslı istintaq aparılır. İstintaqın ilkin məlumatlarına əsasən, Souza və onun tabeliyində olan əməkdaşları xəstələrə süni nəfəs cihazlarından oksigenin verilməsini məhdudlaşdıraraq, nəfəs çatışmazlığı diaqqnozu ilə onların ölümlərin sənədləşdiriblər.

Əgər 56 yaşlı Souzanın günahı ittihamlar üzrə təstiqlənərsə, 300 qurbanla o, məşhur seriya qatili “Ölüm Həkimi” adı almış Qarolda Şimpananı geridə qoyacaq. Qarolda XX əsrdə Böyük Britaniyada 200 xəstənin ölümündə təqsirli bilinib.

Elçin AĞAYEV  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir