Modern.az

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafat alıb

Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafat alıb

Təhsil

12 Mart 2010, 11:09

st1:*{behavior:url(#ieooui) }

Azərbaycanda qurulan müasir sığorta-pensiya sistemi beynəlxalq mükafata layiq görülüb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə, Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə” nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri Fərmanla təltif edilib.  Mükafat Varşava şəhərində keçirilən Avropa Forumunda Dövlət Sosial Müdafiə Fonduna təqdim olunub. Fəxri Fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini qeyd ediblər.

Hazırda Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 308 min 432 nəfər  pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. 

Pensiya və müavinətlərin əhaliyə çatdırılması sahəsində bank infrastrukturundan və elektron hökumət prinsiplərindən istifadə olunur. Azərbaycanda pensiyaların 97,4 faizinın ödənişi plastik kartlarla həyata keçirilir ki, bu da dünyada ən şəffaf praktika hesab olunur.

Hazırda pensiyaların təyinatının avtomatlaşdırılması sahəsində işlər yekunlaşmaqdadır. Bu prosesin başa çatdırılması ilə tam şəffaf sığorta-pensiya sisteminin fəaliyyəti təmin olunacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı