Modern.az

Gül: “Bu qərarlar necə alınır, yaxşı bilirik”

Gül: “Bu qərarlar necə alınır, yaxşı bilirik”

12 Mart 2010, 11:17

Türkiyə prezidenti Abdullah Gül qondarma “erməni genosidi” qətnaməsini qəbul edən İsveç parlamentinə təpki göstərdi. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Gül bu barədə xüsusi bəyanat verib. “Biz çox yaxşı bilirik ki, bu qərarlar necə qəbul olunur. Biz buna heç bir əhəmiyyət vermirik. Amerika Konqresi qondarma sənədi qəbul edəndə söylədiklərimi bir daha təkrarlamaq istəyirəm. Əgər onlardan hər hansı birinin şəxsi fikrini öyrənsəniz onlardan heç biri 3 kəlmə danışa bilməyəcək. Onların hər birinin içində çox kiçik motivlər hərəkət edir. Tarixə qarşı yolverdikləri üzüntüvericidir. Heç bir mənası yoxdur.  Açıqcası, bunları çox da böyütməyin. Böyüdüləsi  bir şey deyil. Çünki  heç bir əhəmiyyəti olmayan şeyləri böyütməmək gərəkdir”,-deyə Gül bildirib.

  

Qeyd edək ki, İsveçin xarici işlər naziri Karl Bild də qurama “tanıma qərar”nın qəbulunu narahatlıqla qarşılayıb. O, qeyd edib ki, belə bir qərarın parlamentdə qəbulu narahatlıq yaradır.  Onun sözlərinə görə, tarix siyasiləşdirilməz. Bild bu cür qərarların Türkiyə-Ermənistan dialoquna ciddi zərər vuracağını söyləyib.  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?