Modern.az

Bakı sahillərində Rusiya gəmisi yanıb

Bakı sahillərində Rusiya gəmisi yanıb

Təhsil

12 Mart 2010, 11:21

Martın 12-də saat 01:33-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Çilov adası yaxınlığında Rusiya Federasiyası Dağıstan Respublikasının "Qrand" şirkətinə məxsus "MRS Kayakend" adlı balıqçı gəmisinin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin yaxın ərazidə xidmətdə olan Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə gəmisi hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, balıqçı gəmisi yarıyadək batıb, gəminin göyərtəsində olan 15 nəfər isə xilasetmə qayıqlarında dənizə çıxıb. Nazirliyin xilasediciləri zərərçəkmişlərdən 6-nı və hadisə yerinə gəlmiş Xəzər Dəniz Neft Donanmasına məxsus 2 gəmi isə qalan 9 nəfəri xilas edib. Xilasetmə əməliyyatına Nazirliyin 1 ədəd vertolyotu da cəlb olunub.

Küləkli hava şəraitinin xilasetmə əməliyyatını çətinləşdirməsinə baxmayaraq, qəzaya uğramış "MRS Kayakend" gəmisinin sahilə gətirilməsi üçün müvafiq tədbirlər görülür.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü