Modern.az

Sabah orta məktəblərdə sınaq imtahanlarıdır

Sabah orta məktəblərdə sınaq imtahanlarıdır

12 Mart 2010, 12:19

Martın 13-də respublikanın 18 şəhər və rayonundakı ümumtəhsil məktəblərində əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada sınaq imtahanlarə keçiriləcək. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az-a məlumat verilib ki, sınaq imtahanları aşağıdakı şəhər və rayonlarda təşkil olunacaq:

Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonları.

Məlum olduğu kimi, fevralın 27-28-də Bakı və Sumqayıt şəhərlərindəki ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə ilk sınaq imtahanları keçirilib. Həmin imtahanların nəticələri artıq bəllidir.

Martın 13-14-də isə yuxarıda adları çəkilən 18 şəhər və rayonda IX və XI sinif şagirdləri yoxlama imtahanlarında biliklərini sınayacaqlar. IX sinif şagirdləri ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla 50 suala cavab verəcəklər.

 

XI sinif şagirdləri isə 8 fənn-Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dili üzrə 120 sualı cavablandıracaqlar.

IX siniflərdə  imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə  isə 3 saat davam edəcək.

Qeyd edək ki, yoxlama imtahanının nəticələri sinif jurnalına yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.   Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir