Modern.az

İki ayı ərzində Bakı şəhərində 1569 cinayət hadisəsi qeydə alınıb

İki ayı ərzində Bakı şəhərində 1569 cinayət hadisəsi qeydə alınıb

12 Mart 2010, 13:59

2010-cu ilin ilk iki ayı ərzində Bakı şəhərində 1569 cinayət hadisəsi qeydə alınıb. Bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov deyib. Onun sözlərinə görə, bu rəqəm keçənilki ilə müqayisıdə 4,9 faiz çoxdur. Cinayətlərin açılma faizi isə ötən ildə 65 faiz-dən 69 faizə qalxıb.
İdarə rəsmisi bildirib ki, bu ilin müvafiq dövründə narkotik vasitələrlə bağlı qeydə alınan cinayətlərin sayı ötən illə müqayisədə artıb (290 və 245), açılma faizi isə yüksək (88 və 87 faiz) olaraq qalıb. Narkotik maddələrin satışı ilə əlaqədar cinayətlərin açılması da 15 faiz artıb. Bu ilin iki ayı ərzində qanunsuz dövriyyədən 33,3 kiloqram narkotik vasitə (18.7 kiloqram ağır və 14,6 kiloqram yüngül narkotik olmaqla) çıxarılıb ki, bu da keçən ilin müvafiq dövründəkindən təxminən 30 faiz çoxdur.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi