Modern.az

Türkiyənin ABŞ və İsveçdən səfirini geri çağırması çıxış yoludurmu?

Türkiyənin ABŞ və İsveçdən səfirini geri çağırması çıxış yoludurmu?

12 Mart 2010, 14:30

ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin ardından İsveç parlamentinin də uydurma “erməni soyqırımını” tanıması müşahidəçilər tərəfindən dünyanın Türkiyəyə basqısı kimi dəyərləndirilir.

Türkiyə isə buna etiraz olaraq hər iki ölkədən səfirini geri çağırıb.

İxtisasca tarixçi olan millət vəkili Fəzail İbrahimli Modern.az saytına bildirib ki, Türkiyənin bu mövqeyi qətiyyətli addımdır: “Baxın Türkiyə müttəfiqləri üçün hər şeyi edir, Avropa Birliyinin şərtlərini yerinə yetirməyə çalışır, əvəzində isə onlardan zərbələr alır. ABŞ-ın son addımı Türkiyəni ayıltdı. Bilirsiniz, artıq Türkiyə enerji təminatı problemini Rusiya ilə həll etmək ərəfəsindədir. Ona görə də artıq Türkiyənin ciddi addımılar atacağını əngəlləyəcək heç bir qorxu yoxdur. Başqa hansı addım ata bilər ki, belə addımlar öncəki illər atılsaydı, indiki nəticə olmazdı”.

Deputat hesab edir ki, uydurma məsələnin “soyqırım” kimi  tanınması adi məsələ deyil: “Bu, dünyada həmin məsələni törədən xalq haqqında vəhşi obraz yaradır. Hələ ötən əsrin 90-cı illərinin sonlarında Fransa prezidenti Jak Şirak deyirdi ki, türklər sivil standartlara cavab vermirlər. Bu, türklərin aşağılanması demək idi. Tariximizə atılan çamur idi”.

F.İbrahimli yekun olaraq uydurma sənədin BMT-nin müzakirəsinə çıxarılmasını da mümkün hesab edir: “Bunun ardınca isə təzminat, ərazi iddiası gəlir. Ona görə də indiki məqamda Türkiyənin diplomatik nümayəndəsini ABŞ və İsveçdən geri çağırması zəruridir. Türkiyəyə bundan böyük pislik nə ola bilər ki?”

 

Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı