Modern.az

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr Haaqa Məhkəməsinə verılməlidir

Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələr Haaqa Məhkəməsinə verılməlidir

12 Mart 2010, 15:31

Millət vəkili Həvva Məmmədova qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin Türkiyə tərəfindən məhkəməyə verilməsi təklifi ilə çıxış edib. Modern.az saytına açıqlamasında deputat bildirib ki, uydurma erməni soyqırımını tanıyan ölkələr mütləq Haaqa Məhkəməsinə verılməlidir: “Çünki bu ölkələr beynəlxalq qanunları pozmaqla yanaşı, Türkiyənin imicinə böyük xələl gətirirlər, onun üzərinə bəşəri bir cinayəti qoymaq istəyirlər. Bununla onlar böyük cinayət işlətmiş olublar.

Mən saul edirəm, həmin ölkələrin parlamentariləri ermənilərin bu uydurduqları məsələ barədə nə qədər məlumatlıdırlar? Onların tarixçilərinin bu qondarma soyqırımla bağlı rəyləri varmı? Onların tarixçiləri bu məsələ ilə bağlı bircə dəfə olsun Türkiyənin arxivlərində işləyiblərmi? Mənə elə gəlir ki, Türkiyə bu məsələnin üstünə qəti şəkildə getməlidir”.

Deputat onu da əlavə edib ki, Azərbaycanda dünyanın Türkiyəyə yönələn bu basqısı çox narahatçılıqla izlənilir və cəmiyyətimiz məsələni öz problemi kimi qəbul edir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir