Modern.az

Prezident Bakı Biznes Mərkəzinin açılışına qatılıb

Prezident Bakı Biznes Mərkəzinin açılışına qatılıb

Təhsil

12 Mart 2010, 15:57

Martın 12-də Prezidenti İlham Əliyev Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib.
Dövlət başçısı əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.
Sonra konfransda giriş nitqi ilə çıxış edən İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarını yüksək qiymətləndirib. Dövlət Proqramının ilk ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan Prezident Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.
Konfransda çıxış edənlər respublikanın ayrı-ayrı şəhər və rayonlarında Dövlət Proqramının icrasının gedişi barədə ətraflı məlumat veriblər. Sonda İlham Əliyev konfransın işinə yekun vurub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!