Modern.az

Daxili İşlər Nazirliyi imtahan keçirir

Daxili İşlər Nazirliyi imtahan keçirir

12 Mart 2010, 17:40

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi martın 13-də ötən ilin noyabr ayında respublikanın şəhər, rayon daxili işlər orqanlarında vakant olan 50 orta rəis heyəti vəzifələrinin tutulması məqsədi ilə elan edilmiş müsabiqənin test mərhələsini  keçiriləcək. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vakant vəzifələr üzrə müsabiqənin bu mərhələsinə 79 namizəd buraxılıb. Onlardan  cinayət-axtarış xidmətində 8, təhqiqat xidmətində 5, polis sahə inspektoru vəzifəsində 25 və yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsində 12 yerə təyinat üçün imtahan verəcəklər. İmtahanların gedişi Qeyri-Hökumət Təşkilatları və respublikamızda akkreditə olunmuş səfirliklərin nümayəndələri tərəfindən müşahidə ediləcək. Müsabiqənin test mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən saat sabah 10.00-da Bakı Qızlar Universitetinin inzibati binasında keçiriləcək. Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər