Modern.az

“Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?”

“Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?”

12 Mart 2010, 18:22

Martın 12-də Azərbaycan Media Mərkəzinfə “Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?” mövzusunda debat keçirilib. Modern.az xəbər verir ki, debatda millət vəkili Sabir Rustəmxanlı və tarixçi alim Musa Qasımlı iştirak edib. Sabir Rustəmxanlı bildirib ki, soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı hələ 1992-ci ildə Milli Məclis tərəfindən təkliflər irəli sürülüb. “Soyad məsələsi milli varlıq məsələsidir. Mən “-lı, - li, - lu, - lü, - zadə” sonluqlarının tərəfdarıyam”. S.Rüstəmxanlı deyib ki, bundan sonra doğulan uşaqların soyad sonluğu məcburən dəyişdirilməlidir. Musa Qasımlı isə bildirib ki, azərbaycanlıların soyad sonluğu 1939-cu ildə Stalindən gələn göstəriş əsasında xalqdan soruşulmadan dəyişdirilib. “Dunyanı özümüzə güldürürük, soyadlarımız dəyişdirilməlidir. Burada nə sorğulara, nə də debatlara ehtiyac var. Müstəqil dövlətik, soyad sonluqlarının dəyişdirilməsi lazımdır və vacibdir”. M.Qasımlının sözlərinə görə, soyad sonluqlarının dəyişdirilməsi üçün adminstrativ qərarlara ehtiyac yoxdur, bu könüllü baş verməlidir.

Ekspert Seyran Məmmədli isə bildirib ki, soyad məsələsi şəxsi deyil, milli məsələdir. O, “-zadə” sonluğunun farslara aid olduğunu önə çəkərək onun əleyhinə çıxıb. Mail

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir