Modern.az

Hərbi hissədə əsgər ölümü

Hərbi hissədə əsgər ölümü

13 Mart 2010, 13:48

Martın 6-da Müdafiə Nazirliyinin Səbail rayonunda yerləşən “N” saylı hərbi hissənin həyətindəki hovuzda əsgər Mahmudov Vüsal Əlisehran oğlunun meyiti tapılıb. 18 yaşlı əsgər bu ilin yanvar ayında Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Əsgərin əmisi Mahmudov Vüqar Tarqulu oğlunun ANS-ə verdiyi məlumata görə, martın 4-ü hərbi hissədən onlara əsgər V.Mahmudovun itkin düşdüyünü bildiriblər. "İki gündən sonra onun meyitinin hərbi hissədə aparılan axtarış zamanı həyətdəki içərisində 50 sm su olan hovuzdan tapıldığını bizə bildirdilər", - deyə o, qeyd edib.

Meyit tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib. Lakin əsgərin hansı şəraitdə və nə səbəbdən ölməsi barədə ailəsinə heç bir məlumat verilməyib.

Məlumatı Müdafiə Nazirliyi ilə dəqiqləçdirmək mümkün olmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir