Modern.az

Sərkisyan: “Müharibədən qorxmaq lazımdır”

Sərkisyan: “Müharibədən  qorxmaq lazımdır”

13 Mart 2010, 14:05

Ermənistan və Azərbaycan Dağliq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sərkisyan Fransanın “Le Fiqaro” qəzetinə verdiyi müsahibədə bildirib. “Biz münaqişənin həlli istiqamətində maksimum səylər göstəririk. Azərbaycan Ermənistan və Qarabağın  problemin həllində maraqlı olmadığı barədə təəssürat yaratmağa çalışır, əlbəttə ki, bu, belə deyil. Bizə ziyan vuran blokadaya son qoymaq istəyirik. Azərbaycanın vəziyyəti başqadır;  o öz təbii resurslarına və silah almaq,  problemin güc yolu ilə həlli ücün neftinə ümid edir”-deyə erməni lider bildirib.   “Müharibədən qorxursunuzmu sualına” cavabında Sərkisyan “müharibə həmişə qorxludur, müharibədən hər zaman qorxmaq lazımdır”deyib. Erməni lider əlavə edib ki, “bizim mövqeyimiz problemin qarşılqlı kompromis əsasında həllinə nail olmaqdır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir