Modern.az

Azərbaycan və Ermənistan QHT-lərinin əlaqələri necə qurulmalıdır?

Azərbaycan və Ermənistan QHT-lərinin əlaqələri necə qurulmalıdır?

13 Mart 2010, 18:06

Dağlıq Qarabağ münaqişəsinin həlli  Azərbaycan və Ermənistan  vətəndaş cəmiyyətləri arasında sıx əlaqələrin  yaranmasına xidmət edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-nun İrəvanda keçirilən 73-ü  “Rouz Rot” seminarında çıxış edən LİNEKS təşkilatının Britaniya  Fondunun dirketoru Denis Samut bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazın 3 ölkəsi demokratikləşmənin mürəkkəb və uzun yolunu keçməlidir. O, qeyd edib ki, hər 3 ölkə tezlikə AB-nin bu prosesdə rolunun artmasına əmin olacaq. Smut bildirib ki,  Cənubi Qafqaz ölkələri müstəqil surətdə demokratiya  yolu keçə bilməzlər, Avropa bu məsələdə onlara  kömək etməlidir. Qarabağ münaqişəsinin həlli məsələsinə  toxunan  Smut qeyd edib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında əlaqələr gücləndirilməlidir. Onun fikncə, bu, çox mənada  problemin həllinə xidmət edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi