Modern.az

Azərbaycanlı qadın İspaniyada futbol klubu yaradıb-VIDEO

Azərbaycanlı qadın İspaniyada futbol klubu yaradıb-VIDEO

5 Aprel 2013, 14:53


Azərbaycanda doğulan Gülnarə Xanbabayeva İspaniyanın 7-ci dvizionunda oynayan Baku-Venesiya klubunun yaradıcısı və tək sponsorudur.

Modern.az-ın məlumatına görə, bu xanım haqqında reportajı Rusiyanın televiziyalarında biri hazırlayıb. Bu klubun büdcəsi 30.000 avrodur. Klubun əsas maliyyə vəsaiti xanımın meyvə-tərəvəz mağazasının gəlirləri ilə toplanır. G.Babayeva Azərbaycanda doğulub və uzun müddət Rusiyada yaşayıb. Bir neçə ildir ki, İspaniyanın Valensiya şəhərində yaşayır və öz şəxsi mağazasını da burada açıb. Orada restoran sahibi olan həyat yoldaşı da ona köməlik göstərir. G.Babayeva bildirir ki, “futbolçuları pulun haradan gəldiyini bilmirlər. Onlar soruşmyıblar və məndə pulun haradan gəldiyini deməmişəm”.

Gülnarə xanım Valensiyada yaşayan azərbaycanlılar arasında sosial aktivliyinə görə seçildiyindən, ona Regional Futbol Federasiyasından zəng edərək dostluq turnirində Azərbaycan komandasınında iştirak etməsini təklif ediblər və belə bir komanda tapılmayıb.

Bunu qəbul edə bilməyən Gülnarə xanım oğlunu çağırıb deyir ki, “Süleyman futbol oynamaq lazımdır”.-Oğlu isə anasına futbol oynamağı bacarmadığını deyib.-Anası-“Narahat olma mən sənə öyrədəcəm deyib”. Bundan sonra xanım ona oyunçuların lazım olduğunu başa düşüb. Bir dəfə küçədə əcnəbi millətlərin nümayəndələrinin yığışıb futbol oynadıqlarını görüb. Düşünəndən sonra ora gedən xanım onların yenidən orda olmasına onun bəxtinin gətridiyini bildirib. Onlarla danışıb və gələcək komandanın üzvlərini seçib. Venesiya futbol federasiyasından Emilio Enpidanos Gülnarə xanımın sayəsində Bakını və Azərbaycanı tanıdıqlarını deyib. Onun sözlərinə görə, G.Xanbabayeva İspaniyada çox məşhurdur.

 

Anar KƏLBİYEV

Elçin AĞAYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı