Modern.az

Nəqliyyat naziri futbol meydanında

Nəqliyyat naziri futbol meydanında

Təhsil

13 Mart 2010, 21:03

Martın 13-də nəqliyyat naziri Ziya Məmmədov “Bakı” Futbol Klubunun bazasını ziyarət edib. “Bakı” klubunin verdiyi məlumata görə, müasir səviyyəli bazanın vəziyyətindən razı qalan nazir Voleybol Federasiyası üçün yeni bazanın tikintisinə seçilən yerə də baxıb.

Bazanın layihəsi ona təqdim olunub.
Burada voleybolçuların yaşaması, təlim-məşq toplanışları keçməsi üçün hər cür şəraitə malik olacaq bazadan savayı 2500-3000 nəfərlik voleybol zalı da tikiləcək.
Bu zalda məşqlərlə yanaşı “Bakı” voleybol klubunun ev oyunları da keçiriləcək. Növbəti mövsümdən etibarən voleybolçu qadınlardan ibarət ölkə çempionatında “Bakı” adlı komandanın iştirakı da gözlənilir.
Bundan əlavə “Bakı” idman klubunun nəzdində boks və güləş komandalarının təşkili nəzərdə tutulub.
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov Ziya Məmmədova gələcək planlar barədə məlumat verib. Klub prezidenti bildirib ki, “Bakı” Futbol Klubunun bazasının ərazisində daha 2 meydança salınacaq ki, onlardan biri təbii, ikincisi isə süni örtüklü olacaq. Beləliklə, klub bazasının ərazisində tam standard ölçülü 2 təbii və 2 sünı meydan futbolçuların ixtiyarında olacaq.


Modern.az

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?