Modern.az

Qondarma sənədi 3 türk deputat dəstəkləyib

Qondarma sənədi 3 türk deputat dəstəkləyib

14 Mart 2010, 15:21

İsveç parlamentində qondarma “erməni genosidi” qətnaməsinin qəbulu üzrə səsvermədə 3 türk deputat da iştirak edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, İsveç parlamentində qondarma sənədin qəbulundan daha çox 3 türkin qurama qətnaməyə “hə” deməsi Türkiyəni üzüb. Səsvermə zamamı daha bir türk deputat Mehmet Kaplan isə qətnamənin əleyhinə yox,  tərəfsiz mövqedə qalıb. Qondarma sənədin səsverməyə çıxarılmasına təpki göstərmək məqsədilə Kaplan səsverməyə qatılmadığını deyib. Sosial Demikrat Partiyasının baş katibi İbraham Baylan və onunla eyni partiyada təmsil olunan Yılmaz Kərim və Xalq Pariyasından olan vanlı Qulan Avçı soyqırım qətnaməsinə “hə” deyiblər.  

 

 

Kaplan qeyd edib ki, təmsil olunduğu partiya  səsvermədə blok halında iştirak edib. O, bu səbəbdən də səsverməyə qatılmaq istəmədiyini deyib.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi