Modern.az

Avropa Şurasında məhkəmə qərarlarının icra edilməməsinın səbəbələri müzakirə olunur

Avropa Şurasında məhkəmə qərarlarının icra edilməməsinın səbəbələri müzakirə olunur

15 Mart 2010, 11:37

Bu gün Strasburqda “Məhkəmə qərarlarına təsiretməyə qarşı səmərəli tədbirlər” mövzusunda dəyirmi masaya starat verilib. Məlumat Milli Məclisin Mətbaut Xidmətindən veriılib. Tədbirdə Azərbaycanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev təmsil edir. Avropa Şurasının “Yerli məhkəmə qərarlarının icra edilməməsində mövcud maneələrin aradan qaldırılması - yerli məhkəmə qərarlarının səmərəli icra edilməsi” layihəsi çərçivəsində təşkil olunmuş bu tədbirdə məhkəmə qərarlarının icra edilməməsinə qarşı effektiv ölkədaxili vasitələrdən istifadəyə dair geniş fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa Azərbaycanda məhkəmə qərarlarının icraatında ciddi problemlər olduğunu söyləyib. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi