Modern.az

Brilliant Dadaşova Tükiyədə tapmadığını Bakıda aldı

Brilliant Dadaşova Tükiyədə tapmadığını Bakıda aldı

8 Aprel 2013, 02:06


Ötən şənbə Brilliant Dadaşova Azure ticarət və əyləncə mərkəzində konsert proqramı ilə çıxış edib. Müğənni repertuarındakı ritmik mahnılarını mərkəzə gələnlər üçün ifa edib. Konsertin iştirakçıları Brilliant xanımın ifasında gözəl mahnılar dinləyiblər, fəal iştirakçılar isə konsertin aparıcısı Muraddan hədiyyələr alıblar.

Brilliant xanım tamaşaçılarla ünsiyyət yaratmaqla yanaşı? səhnədən mərkəzdəki mağazalara da  nəzər salıb. O telefon mağazasındakı satıcıya Iphone 4s telefonu üçün çexol axtardığını söyləyib. Onun dediklərindən məlum oldu ki, qırmızı rəngdə, üzərində “Ferrari” şəkli olan çexolu çox bəyənir, amma neçə vaxtdır Türkiyədə bu çexoldan tapa bilmir: ”Artıq köhnə çexol yırtılıb. Tanışlarım mənə deyir ki, ay Brilliant bilirik belə məqamlar sənin üçün əhəmiyyətsizdir, amma yenə də belə köhnə çexolu niyə istifadə edirsən? Mən isə həmişə deyirəm ki, digər çexolları işlətmək mənə münasib deyil. Bu markanı çox axtarırdım, çox şadam ki, burada tapdım”.

Satıcı isə çexolu Brilliant xanıma satmayıb, hədiyyə edib.Sonda Brilliant xanım tamaşaçılarla fotoşəkillər çəkdirib.

Şahanə Rəhimli

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi