Modern.az

Prezidentliyə yeni namizəd - “İslam Cəbhəsi”ndən Kamran Lənkərani...

Prezidentliyə yeni namizəd - “İslam Cəbhəsi”ndən Kamran Lənkərani...

Dünya

8 Aprel 2013, 14:46


İranda prezident seçkiləri ilə bağlı  yaradılmış “İslam Müqavmət Cəbhəsi” mühafizəkar seçki koalisiyası iyun ayında keçiriləcək seçkilərdə keçmiş səhiyyə naziri Kamran Bağıri Lənkəraninin prezidentliyə namzidəliyini rəsmi olaraq irəli sürəcək.
Modern.az İran KİV-lərinə istinadən bildirir ki, Kamran Lənkərani mühafizəkar koalisiya  olan “İslam Müqavimət Cəhbəsi”nin potensial namizədidir.

Kamran  Bağıri Lənkərani 1965-ci ildə anadan olub. Şiraz Universitetinin Tibb elmləri bölməsini bitirən Bağiri doktorantura dərəcəsini də bu universitetdə alıb. O İranın ilk tibbi elektronika jurnalının yaradıcısı və redaktorudur.

İranda keçiriləcək prezident seçkiləri ilə bağlı mühafizəkarlar “İmam Yolunun davamçısı və Liderlik Cəbhəsi” koalisiyası yaradıblar. Koalisiyanın tərkibinə yüksək vəzifəli şəxslər və keçmiş nazirlər daxildir.

Koalisiyaya İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mütəəki, İran Məclis spikerinin  müavinləri Məhəmməd Həsən Əbu Turabi-Fərd, Məhəmməd Rza Bahonar, Tehran Ticarət, Sənaye və Mədən palatasının direktoru Yəhya Ale Eşaq, İran Dövlət Müfəttişlik Təşkilatının rəhbəri Mustafa Purməhəmmədi daxildir.

Bu günədək 20 nəfər mühafizəkar, islahatçı və müstəqil namizəd İran prezidentliyinə namizədliklərini irəli sürüb.

İranda prezident seçkiləri iyun ayında baş tutacaq. Namizədlər isə may ayının 7-dən 11-dək qeydiyyatdan keçəcəklər. İlk dəfə olaraq builki seçki bələdiyyə və kənd şuralarına keçiriləcək seçkilərlə eyni vaxtda baş tutacaq. Bu da bir çox bölgələrdə gərgin seçki kampaniyasına səbəb olacaq.


Peykər İbrahimova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı