Modern.az

Saakaşvili mühakimə oluna bilər

Saakaşvili mühakimə oluna bilər

Dünya

8 Aprel 2013, 16:24


Modern.az
gürcü mətbuatına istinadən bildirir ki, Gürcüstanın ədliyyə naziri prezident Mixail Saakaşvilini, eyni zamanda yüksək vəzifəli bir sıra şəxsləri 2008-ci ildə olmuş Rusiya-Gürcüstan müharibəsinə görə dindirməyi planlaşdırır.

  “Müxtəlif ölkələrin vətəndaşları və QHT-ləri tərəfindən Haaqa Məhkəməsinin prokuroruna müxtəlif etnik mənşəli yüksək çinli məmurlar tərəfindən özbaşınalığa yol verilməsi ilə bağlı məlumatlar daxil olub-bu ya insanlığa qarşı cinayətdir, ya da bunu hərbi cinayət kimi qiymətləndirmək olar. Öz problemimizi özümüz həll etməliyik, bizim prokurorun qarşısındakı tapşırıq 2008-ci il müharibəsini araşdırmaqdır”, – deyə ədliyyə naziri Teya Çulukiani qeyd edib.  

Nazir Gürcüstanda hərtərəfli araşdırmanın aparılmasını özünə borc bilir. “Bu istintaq təkcə cari prezidentə yox, eyni zamanda prezident olmayan yüksək çinli məmurlara da aiddir”.  

Aytən Əliyeva
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü