Modern.az

Elçin Mirzəbəyli ATƏT-i qərəzlilikdə günahlandırdı

 Elçin Mirzəbəyli ATƏT-i qərəzlilikdə günahlandırdı

15 Mart 2010, 15:11

“Azərbaycana səfər edən ATƏT və digər beynəlxalq təşkilat nümayəndələrinin ölkəmizdə fəaliyyət göstərən partiyalarla bağlı ayrı-seçkilik xəttini tutması Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ciddi narazılığına səbəb olub”. Modern.az-ın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəylinin açıqlamasında belə deyilir:

"Belə hallar dəfələrlə təkrar olunub. Görünür, BAXCP də başqa partiyalar kimi ATƏT-in Bakı ofisini korrupsiyada ittiham etməlidir. Yada salım ki, bəzi siyasi partiyalar haqlı olaraq ATƏT-in Bakı ofisini korrupsiyaya bulaşmaqda ittiham etdikdən sonra onların belə görüşlərdə iştirakı təmin olunub. Ümumiyyətlə, ATƏT-in Azərbaycandakı siyasi partiyalarla münasibətlərindəki problemlər haqqında artıq biz neçə ildir ki, mütəmadi olaraq mövqeyimizi açıqlayırıq. Bu münasibət faktiki olaraq qərəzli yanaşmanın üzərində qurulub. Görünür ATƏT də bəzi beynəlxalq təşkilatlar kimi öz ünvanına səslənən ittihamlardan nəticə çıxararaq siyasi qüvvələrlə münasibət qurmağa can atır. Hər halda münasibətlərin belə qurulması, qərəzli yanaşmanın özünü bir daha sübuta yetirir ki, ATƏT-in Bakı ofisinin Azərbaycandakı fəaliyyəti ölkədə çoxpartiyalı sistemin inkişafına deyil, konkret olaraq şəxsi maraqların qorunmasına hesablanıb. Eyni zamanda bəzi şəxslərin Azərbaycanda maraqlarının təmin olunmasına yönəlib". Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?