Modern.az

İnternetin ilk domeninin 25 yaşı tamam olur

İnternetin ilk domeninin 25 yaşı tamam olur

Təhsil

15 Mart 2010, 15:26

.com domen zonası öz ad gününü qeyd edir. Symbolics.com ilk internet domeni 15 mart 1985-ci il tarixində qeydiyyatdan keçib. Cəmi 1985-ci ildə isə 6 domen adı qeydə alınıb.

Doğrudur, o zaman bu cür qeydiyyat heç bir əhəmiyyət kəsb etmirdi, çünki hələ saytlar yaradılmamışdı, elektron poçt yeni yaranma mərhələsində idi və domenlər özlərində qəribə bir məfhum əks etdirirdi. Bu cür adın əldə olunmasının əhəmiyyəti hələ anlaşılmamışdı.
Bu gün isə tamamilə başqa cürdür: hər gün internetdə təkcə .com zonasında 100 000 yaxın yeni domen əmələ gəlir ki, bu resurslardan gün ərzində təxminən 90 milyon insan istifadə edir.
.com və .net domen zonalarının işinə məsuliyyət daşıyan "Verisign" şirkətinin icraçı direktoru Mark Makloginin sözlərinə görə, 25 il bundan qabaq hətta ən cəsarətli optimistlər və xəyalpərəstlər belə Qlobal şəbəkənin bu cür populyar olacağını və domen sahəsinin belə inkişaf edəcəyini ağıllarına belə gətirə bilməzdilər.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü