Modern.az

Liviya inqilabdan sonra - FOTOLAR

Liviya inqilabdan sonra  -  FOTOLAR

Dünya

10 Aprel 2013, 16:46

Liviyada 42 illik Müəmmər Qəddafi hakimiyyətinə son qoymuş inqilabdan keçən iki il liviyalıların həyatında böyük dəyişikliklərə səbəb oldu. Liviyalıların inqilabdan sonrakı həyatları ilə bağlı fikirləri müxtəlifir.
Qəddafi hakimiyyətinə son qoymaq məqsədilə Benqazidəki iğtişaşlarda iştirak etmiş Bilal Bettamer Qəddafidən sonrakı Liviya haqqında deyir:
“İnqilabdan sonrakı Liviya biz istədiyimiz kimi oldu?! Əlbəttə, işlər mənim istədiyim kimi getmədi. Bəzən mən ümidimi itirirəm, ancaq liviyalıların yenidən ümid etmək bacarıqları var. Gələcəyimiz barədə çox ümidliyəm. Əslində, ən pisi olub keçib. Biz indi yenidən dirçəlməyik.”

Həcər Əl-Şərif inqilabdan sonrakı Liviya haqqında belə deyir: “Baxmayaraq ki, bir çoxları ölkədəki vəziyyəti mürəkkəb adlandırırlar, Liviya küçələrində insanların ümidləri var”.
 
“İnqilabın məqsədlərinin əleyhinə olan bir çox şey.var. Ancaq azadlıq hər şeydən yaxşıdır. Bir sıra müsbət dəyişikliklər var. Liviya vətəndaş cəmiyyəti artıq daha güclü və effektivdir” - aktivist Talal Burnaz deyir.

Liviyalı tələbə Tahani Alamerinin fikirləri də maraqlıdır: ”Əgər mən baş nazir olsaydım, dindən hakimiyyəti əldə saxlamaq üçün istifadə edən siyasətçilərlə, liviyalıların pulunu oğurlayanlarla
 eyni səviyyədə mübarizə aparardım”.



Liviyada inqilabdan sonra ilk dəfə olaraq qadınlar parlamentdə 17% -lik yerlə təmsil olunublar.


Liviyalı rok qrupunun  üzvü Nasir Əl-Gedi belə deyir: “Liviyada musiqi sahəsi elə də inkişaf etməyib. Bunun bir səbəbi də Qəddafinin bir çox sahələr kimi musiqini də öz idarəçiliyində saxlaması idi.Yeni Liviyanın bizim inkişaf etməyimizə kömək edəcəyini ümid edirik”.

 


Peykər İBRAHİMOVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı