Modern.az

Parlament Mərkəzi Bankın İdarə Heyətinin təşkilati məsələsinə baxacaq

Parlament Mərkəzi Bankın İdarə Heyətinin təşkilati məsələsinə baxacaq

Təhsil

15 Mart 2010, 18:05

Milli Məclisin iqtisadi siyasət komitəsinin martın 15-də keçirilən iclasında  Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi və Rüfət Cəbrayıl oğlu Aslanlının başqa işə keçməsi ilə əlaqədar olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi barədə məsələlərə baxılıb. Komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan Konstitusiyasına və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin adları qanunvericilik təşəbbüsü ilə Prezident tərəfindən Milli Məclisə təqdim olunur və parlament məsələyə baxaraq münasibət bildirir: “Parlamentə daxil olmuş sənədə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi üçün Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülüb”.

İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verilıb.

Komitə üzvlərinin rəy və təklifləri dinlənildikdən sonra məsələnin Milli Məclisin ümumi iclasında müzakirəyə çıxarılması barədə qərar qəbul olunub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür