Modern.az

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının müraciəti ATƏT PA- sədrinə təqdim olunub

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının müraciəti ATƏT PA- sədrinə təqdim olunub

Təhsil

15 Mart 2010, 18:29

Azərbaycanda səfərdə olan ATƏT PA-nın sədri Joao Suareş martın 15-də Milli Məclisdə Azərbaycanın bu qurumdakı nümayəndə heyəti ilə görüşüb. Modern.az xəbər veriri ki, görüşdə əsasən Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, insan hüquqları və demokratiyanın inkişafı və digər məsələləri müzakirə olunub.

Ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermiş, rəsmi Bakının münaqişənin həlli ilə bağlı kifayət qədər cəsarət və siyasi iradəyə sahib olduğunu, qarşı tərəfin də belə bir addım atmasının vacibliyini vurğulayıb.

Joao Suareş Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli məsələsinin vacibliyini önə çəkərək rəhbəri oldugu qurumda ikili standartlara yol verilmədiyini bildirıb: “Zorakılıq, müharibə münaqişələrin həlli üçün vasitə olmamalıdır. Münaqişələr yalnız sülh yolu ilə nizamlanmalıdır”.

Bakıya üçüncü dəfə səfər etdiyini vurğulayan

Joao Suareş

ATƏT PA-nın bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində yaxından iştirak edəcəyini bildirib.

Görüşün sonunda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının müraciəti ATƏT PA- sədrinə təqdim olunub.

Sonra ATƏT PA sədri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə  görüşüb. O, qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından məcburi köçkün düşmüş insanlar öz doğma yurd-yuvalarına qayıtmalıdırlar.

Görüşdə əsasən münaqişənin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

İcmanın rəhbəri Bayram Səfərov, üzvlərdən Fərhad Bədəlbəyli, Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Rövşən Rzayev, Həvva Məmmədova qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq qurumu əməli addımlar atmağa çağırıblar. ATƏT PA-nin sədri deyib ki, azərbaycanlı qacqın və məcburi köckünlərin öz dogma yurd-yuvalarına qayıtmaları əsas məsələlərdən biridir. Eyni zamanda bu, onların müqəddəs hüququdur. Bu insanların pozulmuş hüquqlarının bərpası və münaqişənin həlli üçün tərəflərin, eləcə də  və beynəlxalq qurumların bütün səylərini birləşdirməsi olduqca  vacibdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür