Modern.az

Prezident seçkilərindən sonra Saakaşvili Gürcüstanı tərk edəcək

Prezident seçkilərindən sonra Saakaşvili Gürcüstanı tərk edəcək

11 Aprel 2013, 16:32

Mişa Avropaya köçür

Gürcüstan prezidenti Mixail Saakaşvilinin bu ilin oktyabr ayında baş tutacaq prezident seçkilərindən sonra ölkəni tərk edəcəyi haqda məlumatlar yayılıb. Qeyri-rəsmi mənbələrdən yayılan xəbərlərdə Saakaşvilin Gürcüstanı birdəfəlik tərk edərək üz tutacağı ölkəni də müəyyən etdiyi bildirilir. Gürcü prezidentin Avropada yaşayacağı istisna edilmir.

Baş nazir Bidzina İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlişindən sonra böyük təzyiqlərə məruz qalan Saakaşvilinin rəhbəri olduğu Milli Hərəkat Partiyasından da gedəcəyi gözlənilir. Qeyd olunur ki, Saakaşvili siyasi fəaliyyətini dayandıraraq tam başqa sahədə özünü sınayacaq.

Gürcüstan parlamentinin azərbaycanlı üzvü, Saakaşvilinin tərəfdarlarından olan Azər Süleymanov Modern.az-a açıqlamasında yayılan xəbərləri təkzib etməyib. Deputatın sözlərinə görə, Saakaşvilinin Gürcüstandan gedə bilər.

“Sözün açığı nələrin baş verəcəyini indidən demək çox çətindir. Hələ seçkiyə 6 ay qalıb. Onun ölkəni tərk edəcəyi də hələlik bilinmir. 

Əlbəttə Saakaşvili yenidən prezident olmayacaq. Postundan gedəndən sonra nə işlə məşğul olacağını da bilmirik. Onun ölkəni tərk edib-etməyəcəyi də öz qərarın aslıdır. Amma hesab edirəm ki, Saakaşvili siyasi mübarizəni tərk etməyəcək. Müxalifətdə də olsa Saakaşvili siyasətdə qalmalıdır”-deyə A.Süleymanov bildirib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı