Modern.az

Məşhur müğənni “Qalatasaray” ucbatlından xəstəxanaya düşdü

Məşhur müğənni “Qalatasaray” ucbatlından xəstəxanaya düşdü

11 Aprel 2013, 17:10


“Qalatasaray” azarkeşi olan, tanımış türk müğənnisi Nükhet Duru sevimli komandasının ucbatından xəstəxanaya düşüb. Modern.az türk KİV-nə istinadən xəbər verir ki, Çempionlar Liqasının 14 final mərhələsində baş tutan “Qalatasaray”-“Real” oyununda baş verənlərdən həyəcanlanan məşhur müğənni evindəki pilləkəndən yıxılıb. Zədə nəticəsində müğənninin sol ayağı 3 yerdən qırılıb. N.Duru 2 saat baş tutan cərrahiyə əməliyyatına məruz qalıb.

Xatırladaq ki, “Qalatasaray” “Real”a 3:2 hesabı ilə qalib gəlib. Amma türk klubu növbəti mərhələyə adlaya bilməyib.

 
Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi