Modern.az

Muzey Mərkəzində gənc rəssamın sərgisi açılıb (fotosessiya)

Muzey Mərkəzində gənc rəssamın sərgisi açılıb (fotosessiya)

16 Mart 2010, 09:47

Muzey Mərkəzində gənc rəssam, Xarici Dillər Universitetinin 2-ci kurs tələbəsi Nərmin Quluzadənin sərgisi keçirilib. Sərgi Gənclər Təşkilatı Milli Şurası, Mədəniyyət və Turizm Nazirliyinin təşilatçılığı ilə baş tutub. Sərgidə millət vəkilləri, tanınmış mədəniyyət xadimləri iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, sevindirici haldır ki, Novruz bayramı ərəfəsində keçirilən sərginin səbəbkarı Nərmin istedadlı rəssamdır. "Çox istərdim ki, Nərmin sənət yolunu uğurla davam etdirsin”.

Gənclər təşkilatı Milli Şurasının sədri, millət vəkili Fuad Muradov isə qeyd edib ki, Nərmin həm istedadlı, həm də ictimai fəal gəncdir: “Bu sərgidə Nərminin necə böyük işlər gördüyünün şahidi olacağıq”.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov vurğulayıb ki, Nərminin doğurdan maraqlı, fəlsəfi əsərləri var. “Bu Nərminin ilk fərdi sərgisidir. Onun rəsmləri ilə sərgidən əvvəl tanışam, peşəkar rəsmlər çəkir. Bu sərgi bir daha göstərir ki, dövlət gənclərə qayğı göstərir”.

Sonda gənc rəssam Nərmin Quluzadə ona dəstək olanlara və sərgi iştirakçılarına öz təşşəkkürü bildirib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təhminə Paşayeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi