Modern.az

Azərbaycanda yenə əsgər öldü

Azərbaycanda yenə əsgər öldü

Aktual

12 Aprel 2013, 11:29

Azərbaycandan əsgər faciəli şəkildə dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 Bu ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə F. Hüseynov ağır vəziyyətdə hospitala yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. 

Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır. 

Modern.az    


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir