Modern.az

Vladimir Putinin adı cinayətkarların siyahısına düşdü – QALMAQAL

Vladimir Putinin adı cinayətkarların siyahısına düşdü – QALMAQAL

12 Aprel 2013, 12:19


Rusiya prezidenti Vladimir Putinin adı Finlandiyada axtarışda olan cinayətkarların siyahısına düşüb. Modern.az-ın məlumatına görə, Finlandiya polisinin səhvi nəticəsində Putin Finlandiya sərhədini keçdiyi an həbs edilə bilərdi.

Fin folisinin rəsmisi Robin Lardot məsələ ilə bağlı Associated Press-ə açıqlamasında Rusiya prezidentinin adının həmin siyahıya səhvən düşdüyünü deyib. Artıq səhv düzəldilib, onun adı siyahıdan çıxarılıb: “Biz mütləq insident barədə araşdırma aparacağıq ki, bu yalnış qeydiyyat reyestrdən necə keçib”.

Finlandiyanın xarici işlər naziri Pyayvi Ryasyanen də bu səhvə görə Vladimir Putinə öz üzrxahlığını çatdırıb. Həmçinin Daxili İşlər Nazirliyi də əməkdaşlarının məlumat bazası ilə belə məsuliyyətsiz davranışından irəli gələrək narahatlığını bildirib.

Rusiya hökuməti hələ ki, məsələ ilə bağlı heç bir mübasibət bildirməyib.  

 

Elçin AĞAYEV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir