Modern.az

Bazarlardakı qiymətlər insanlarda bayrama marağı azaldıb

Bazarlardakı qiymətlər insanlarda bayrama marağı azaldıb

Reportaj

16 Mart 2010, 11:14

Novruz bayramı artıq yaxınlaşır, bu gün sonuncu çərşənbədir. İlaxır çərşənbəsində hər bir ailə süfrəsini adi günlərdəkindən xeyli fərqli bəzəməyə çalışır, şəkərbura, paxlava bişirilir, aş dəmlənir,

bunun üçün də əvvəldən lazımi tədarük görülməlidir. Di gəl, hamı bunu eyni səviyyədə edə bilmir, dükan-bazarlardakı qiymətlər çoxlarının əl-qolunu bağlayır.

Adəti üzrə Novruzun yaxınlaşması ilə əlaqədar dükan-bazarda qiymətlər qalxır. Bu il də belədir. Modern.az-ın əməkdaşı Bakının bir neçə bazarına baş çəkərək qiymətləri müşahidə edib. «Bazar od tutub yanır» deyimi indiki məqamda lap yerinə düşür. Bu, xüsusilə bayram üçün lazım olan çərəzlərin qiymətində özünü göstərir. Bir nüçə gün öncə nisbətən aşağı qiymətə satılan, qoz-fındıq və digər quru meyvələr, ləpələr indi xeyli bahalaşıb. Öncə “Nəsimi” bazarına baş çəkdik. Burdakı qiymətləri öyrənəndə bazarda niyə belə az adam olduğu bizə məlum oldu. Ancaq satıcı Vahid israrla bildirdi ki, qiymətlər elə də baha deyil.

“Kimin gücü nəyə çatırsa, onu da alır. Bazar qiymətləri hamı üçün normal olası deyil ki. Kimi kasıbdır, kimi varlı. Ancaq elə bil insanlarda bayrama maraq azalıb”.

“Nəsimi” bazarından fərqli olaraq “Yaşıl” bazarda  iynə atsan yerə düşməzdi. Qiymətlər də bir qədər ucuz  idi. Ancaq alıcılar yenə bahalıqdan şikayətlənirdi.

“Ay bala, rəhmətlik Sabir vaxtında düzgün deyib də. “Bayram oldu heç bilmirəm neyləyim, bizim evdə axta zoğal da yoxdur”. Biz kasıblara nə bayram”.

Bu sözləri 63 yaşlı Əntiqə Məmmədova deydi. Əntiqə Məmmədovanın sözlərinə görə, aldığı 75 manat pensiya heç bayram süfrəsini də görmür:

“Bayram gələndə bilmirəm sevinim, yoxsa kədərlənim. Bazarda da qiymətlər od tutub yanır. Bir neçə bazara baş çəkirəm ki, bəlkə cibimə görə bir şey tapdım. Əslində bazarlarda qiymətlər bayram vaxtı ucuz olmalıdır ki, hamı ala bilsin, hamı bayramı qeyd edə bilsin. Amma bizdə əksinədir”.

“Yaşıl” bazarda satıcı işləyən Şamama xala isə deyir ki, qiymətlər normaldır. “Ərzaqların qiymətlərini artırmırıq ki, hamı ala bilsin”. Bakı bazarlarında bəzi ərzaqların orta qiymətlərini nəzərə alsaq, onda deyə bilərik ki, beş nəfərlik ailənin Novruz süfrəsi üçün təxminən 60-100 manat xərcləməsi gərəkdir. Qiymətləri diqqətinizə çatdırırıq, baxıb özünüz də hesablaya bilərsiniz.

“Nəsimi” bazarı: q

oz ləpəsi  - 10-12 manat; f

ındıq ləpəsi - 9-11 manat; b

adam - 7 manat; k

işmiş - 6 manat;

şabalıd – 10-11 manat; ə

rik qurusu – 7 manat;

alma – 2 manat; p

ortağal – 4-5 manat; b

anan – 3 manat; ü

züm- 6 manat; q

oz – 5-6 manat; fındıq – 5-6 manat.  

“Yaşıl” bazar: səməni -  1-5 manat arası; q

oz ləpəsi - 10 manat; f

ındıq ləpəsi – 8-9 manat; b

adam - 5 manat; k

işmiş - 5  manat; ş

abalıd - 8 manat;

ərik qurusu - 6 manat;

alma – 2 manat; p

ortağal - 2 manat;

banan – 2- 3 manat; ü

züm - 5 manat; qoz – 4 manat; fındıq – 5 manat.

Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır