Modern.az

Dövlət Komitəsi: Dini ədəbiyyatın markalanması qaydaları hazırlanır

Dövlət Komitəsi: Dini ədəbiyyatın markalanması qaydaları hazırlanır

12 Aprel 2013, 13:27

“Dini ədəbiyyatların nəzarət markaları ilə markalanması üçün sənədlər hazırlanır”. Bu barədə Modern.az-a Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli məlumat verib. O bildirib ki, artıq bununla bağlı işlərə başlanılıb. O. Əlinin sözlərinə görə, sərəncamın yerinə yetirilməsi üçün sənədlər hazırlanır: “Hazırda işlərə başlanılıb. Hər şey hazır olandan sonra bu barədə məlumat veriləcək”. Qeyd edək ki, Prezidentin “Dini etiqad azadlığı haqqında” sərəncamına uyğun olaraq bundan sonra dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və videomaterialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya biləcəklər.

Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.

 

Gültəkin Ələsgər     

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?