Modern.az

Deputat Fazil Mustafa ilə fotosöhbət

Deputat Fazil Mustafa ilə fotosöhbət

Fotosöhbət

16 Mart 2010, 11:37

Fazil Qəzənfər oğlu Mustafa 1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiyanın, 11 kitabın və onlarca elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışıb. Böyük Quruluş Partiyasının sədridir. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İordaniya, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya,  Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var.

 

Bu şəkil 1970-ci ildə mənim 5 yaşım olanda çəkilb. Atamlayam.

 

1974-cü ildə orta məktəbdə əlaçılarla birlikdə şəkil çəkdirmişik. 

 

1974 cü il. O vaxt Leninqrad şəhərinə getmişdim. 

 

1977-ci ildə orta məktəbdə çıxış edərkən. 

 

Bu şəkil mən 4-cü sinifdə oxuyarkən çəkilib. 1977-ci il. 

 

İran səfərində.1992-ci il. 

 

Prezident Aparatının Dövlət-Hüqüq şöbəsinin müdiri işləyərkən. 1993-cü il.

 

Mərhum Əbülfəz Elçibəylə birlikdə ziyafətdə. 1998-ci il.

 

Əbülfəz Elçibəylə birgə yürüşdə. 1998-ci il.

 

Eks-prezident Əbülfəz Elçibəy başda olmaqla AXCP rəhbərliyi görüşdə. 1999-cu il.

 

İş otağında. 2004-cü il.

 

Demokratik Konqresin iclasında. 2000-ci il.

 

AXCP-nin qurultayında çıxış edərkən 2000-ci il.

 

Bu da iş otağımdı. 2005-ci il.

 

Mitinqdə çıxış edərkən. 2001-ci il.

 

Türkiyədə Böyük Birlik Partiyasının başqanı mərhum MöhsünYazıçıoğlu ilə görüşdə. 

 

Döyüş bölgəsində hərbi xidmətdə. 2003-cü il. 

 

Bu şəkil də zabit kimi hərbi xidmətdə olduğum zaman çəkilib.

 

Hərbi xidmətdən dönüşdə Ə.Elçibəyin məzarını ziyarət edərkən. 2003-cü il.

 

Gənclik illərindən daha bir xatirə.

 

Oğlum Ərturanla birgə. 2005-ci il.

 

2005-ci ilin Parlament seçkiləri öncəsi Bakıxanov qəsəbəsində çıxış edərkən.

 

Həcc ziyarətində.

 

Brüsseldə. 2007-ci il.

 

Parlament Jurnalistləri Birliyinin sorğusunda qalib millət vəkillərindən biri seçilmişəm.

 

ATƏT PA-da nümayəndə heyəti tərkibində görüşdəyik. 

 

Xalq artisti Flora Kərimova ilə birgə. 2008-ci il. 

 

Kembricdə. 2008-ci il.

 

Gəncədə seçicilərlə görüş.

 

2008-ci il Prezident seçkilərində namizəd kimi səs verərkən.

 

Milli Məclisdə çıxış edərkən. 2008-ci il.

 

Millət vəkili kimi döyüş bölgəsini ziyarət edərkən. 2009-cu il.

 

Böyük Quruluş Partiyasının 3-cü qurultayını açarkən. 2009-cu il.

 

Millət vəkilləri ilə əsgərləri ziyarətə getmişik. 2009-cu il.

 

ATƏT PA-da çıxış edərkən. 2009-cu ilin fevralı. Vyana. 

 

Son illərdə çəkilən şəkillərimdən biri.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi