Modern.az

Bakı metrosunda intihar

Bakı metrosunda intihar

Təhsil

16 Mart 2010, 11:51

Ötən gün saat 22.20 radələrində Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında 39 yaşlı sərnişin özünü hərəkətdə olan qatarın altına atıb. Sərnişin hadisə yerində dünyasını dəyişib. Meyidin reyslərin arasından çıxarılması bir müddət qatarların hərəkətində fasilə yaradıb. Belə ki, relslərdə yüksək gərginlikli elektrik xətlərinin olması səbəbindən meyidi düşdüyü yerdən çıxartmaq üçün bir müddət stansiyalara cərəyanın verilişi dayandırılıb. Saat təqribən 22:40 radələrində isə meyit reyslərin arasından çıxarılıb və bundan sonra qatarların hərəkəti tam bərpa olunaraq, sərnişinlər mənzil başına çatdırılıb. Hadisə yerinə Bakı Metropoliteni Polis İdarəsinin və Nizami rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Meyit müvafiq ekspertizalardan keçirilib. Hadisənin səbəblərinin araşdırlması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeydə alınmış hadisənin hansı şəraitdə meydana gəldiyinin müəyyənləşdirilməsi üçün “Məşədi Əzizbəyov” stansiyasında quraşdırılmış müşahidə kameralarının da izlənilməsi nəzərdə tutulur. Fakt üzrə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir Özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi də artıq məlum olub. Nizami Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, bu, Tovuz rayonu "Semzavod qəsəbə" sakini 39 yaşlı Mobil Vidadi oğlu İbrahimovdur. Hazırda rayon Prokurorluğunda onun hər hansı bir xəstəlikdən, yaxud digər səbəblərdən əziyyət çəkib-çəkmədiyi və digər məsələlər araşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır