Modern.az

Sərdar Cəlaloğlu: “Əkrəm Əylisli kimi Səməd Vurğunun da fəxri adı ləğv edilsin”

Sərdar Cəlaloğlu: “Əkrəm Əylisli kimi Səməd Vurğunun da fəxri adı ləğv edilsin”

12 Aprel 2013, 17:56

“Mən elə söz deməmişəm”


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Qafqazinfo”ya verdiyi müsahibədə xalq şairi Səməd Vurğun haqda söylədiyi təhqir dolu fikirləri təkzib edib. ADP sədri Modern.az saytına açıqlamasında bildirib ki, o, Səməd Vurğun haqda  danışarkən müsahibədə “dılğır” sözü işlətməyib.

“Mən o ifadəni müshibədə rəsmi şəkildə işlətməmişəm. Ola bilsin ki, mən onu elə-belə, qeyri-rəsmi söhbət əsnasında demişəm. Bunu müsahibə üçün demərəm axı. Görünür, o sözü faktiki olaraq mən yox, həmin saytın direktoru deyib. Amma bunu da deməliyik ki, Məhəmməd Əmin Rəsulzadə kimi insanı vətən xaini adlandıran adam Xalq şairi adına layiqdirmi?

Mən demişəm ki, Azərbaycan xalqı uğrunda ölümə gedən insanları düşmən kimi göstərmək özü ən böyük xəyanətdir. Amma mən o sözü mətbuatda çıxsın deyə, deməmişəm. Bu həmin saytın təqsiridir. Tutaq ki, biri gəldi söyüş söydü, bunu saytda verməlisiz!? Amma Səməd Vurğun Azərbaycan xalqının düşməni Şamuyanı özünə baba, Məhəmməd Əmin Rəsulzadəni isə xəyanətkar adlandırıb”, – deyə S.Cəlaloğlu fikirlərinin təhrif olunduğunu deyib.

ADP sədri Səməd Vurğunun Məhəmməd Əmin Rəsulzadə ilə bağlı mövqeyini kəskin tənqid edərək qeyd edib ki, Əkrəm Əylisli kimi, onu da “Xalq şairi” fəxri adından məhrum etməlidirlər.

Qeyd edək ki, ADP sədri “Qafqazinfo” saytına vediyi müsahibədə xalq şairi Səməd Vurğun haqda: “Qacar, Nadir şah bu xalqdan ötrü hər şeyə gedib, Səməd Vurğun kimi dılğırın biri onları xalq düşməni edib”, – deyə fikir bildirib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir