Modern.az

Tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib

Tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib

16 Mart 2010, 12:19

 

 
Tanınmış jurnalist, Qarabağ müharibəsi əlili İbrahim Bayandurlu martın 16-na keçən gecə vəfat edib. O, çoxdan idi Qarabağ döyüşlərində aldığı qəlpə yarasından əziyyət çəkirdi.
1973-cü il təvəllüdlü İbrahim Bayandurlu Ağdamda anadan olub. O, Qarabağ savaşında könüllülər dəstəsinin tərkibində döyüşüb. 1992-ci il 29 apreldə Şuşada gedən döyüşlərdə üz nahiyəsindən güllə yarası alıb.
İ.Bayandurlu  “Monitor” jurnalı, “İnternews-Azərbaycan” şirkəti ilə əməkdaşlıq edib. Son günlərə qədər “Zerkalo” qəzeti və “Azadlıq” radiosunun əməkdaşı olub. Evli idi, bir qızı var.

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü