Modern.az

Tibb Universiteti iməcliyə start verdi - FOTOLAR

Tibb Universiteti iməcliyə start verdi - FOTOLAR

13 Aprel 2013, 11:30

Azərbaycan Tibb Universiteti (ATU) görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar iməcliyə start verib. ATU-nun tədris işləri üzrə prorektor professor Sabir Əliyev Modern.az-a bildirib ki, bu həftə rektorluğun iclasında Heydər  Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlər planı müzakirə edilib. Rektor, akademik Əhliman Əmiraslanovun  təklifi ilə silsilə tədbirlər planında iməcliyin təşkili də nəzərdə tutulub.

İməcilik universitet və onun nəzdində olan poliklinikaların, yataxanaların həyətyanı sahəsini əhatə edəcək. Ümumilikdə 12 hektar ərazidə təşkil olunan iməcliyə ATU-nun təsərrüfat işçiləri, könüllü tələbələr və yataxanalarda məskunlaşan məcburi köçkünlər cəlb edilib.
Bu gün səhər saatlarından başlayan iməclikdə ATU-nun 2 və 4 sayılı yataxanalarının həyətyanı sahələrində təmizlik işləri görülür. Torpaq sahəsi bellənir, ağaclar əhənglənir və ümumilikdə kiçik miqyaslı təmir işləri gedir.

 



 Elçin AĞAYEV  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!