Modern.az

Qarabağ veteranı Tutu xanımın səhhəti pisləşib, ona kömək lazımdır

Qarabağ veteranı Tutu xanımın səhhəti pisləşib, ona kömək lazımdır

13 Aprel 2013, 12:55


Bu gün sizə haqqında danışacağım şəxs Qarabağ uğrunda döyşlərdə öz sağlamlığını itirmiş Ruxsarə Cumayevadır. Coxları onu Tutu kimi tanıyır. İlk öncə sizə Tutu  xanım kimdir ondan deyim.

 Zaqatalada doğulan Rüxsarə Cumayeva  dövlətin müstəqilliyi və millətinin azadlığı üçün meydanlarda günlərlə aclıq elan edən və buna görə oxuduğu universitetdən xaric olunan, Qarabağ uğrunda savaş başlayarkən isə hərbi komissarlığına müraciət edən və omba nahiyəsində anadangəlmə tramva olmasına baxmayaraq, könüllü şəkildə cəbhəyə yollanan xanımdır. Cəbhədə Tutu adı ilə tanınan Cumayeva tibb bacısı kimi fəaliyyət göstərib, son döyüşlərə qədər bir türk qadını olaraq böyük şücaət və mərdliklə əsgərlərimizin yanında olub, onlarla Azərbaycan əsgərinin həyatını xilas edib. Bundan əlavə, çoxsaylı döyüş əməliyyatlarının iştirakçısı olub və qəlpə yaraları alıb. Vətən, torpaq eşqli bir xanım olan bu cəsur qadın keçdiyi keşməkeşli ömür yolunda hər zaman Vətən və torpaq sevgisini ən yüksək zirvədə tutub.

İndi Tutu Cumayevanın səhhətində ciddi problemlər var. Əgər təcili əmaliyyat olunmazsa, iflic keçirmək təhlükəsi yaranacaq.

Dövlət, millət, vətən yolunda borcunu ləyaqətlə yerinə yetirən Qarabağ qazisi Tutu Cumayevanın Azərbaycan dövlətinin dəstəyinə ehtiyacı var. Nəzərinizə çatdıraq ki, hazırda Tutu Cumayevanın himayəsində 12 yaşlı qız övladı var. Qarabağ qazisi Tutu Cumayevanın təcili olaraq əməliyyat keçirilməsi üçün 28 min AZN məbləğində vəsait tələb olunur. Əməliyyatı üzərinə götürməsi və yaxud da yardım etməsi üçün bütün dövlət orqanlarına müraciət olunub. Amma təəssüflər olsun ki, hələ heç bir cavab yoxdur.
Hər kəsə müraciət edirəm, gəlin bu Anaya dəstək olaq.

Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158
Vöen: 9900003611
Telefon : 012 440 - 15- 54
Kod : 200123
Swift bik : AİİBAZ2X
M/Hesab : 0137010001944
S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı
Hesab № 38010019441203449112

(+994)55-327-11-94 Aqşin Hədəf
(+994)12-449-40-26 Rəqsanə Qurbanlı
(+994)70-531-08-42 Emin Fərhadi
(+994)51-984-20-75 Tamerlan Baxşı
(+994)51-567-91-27 İlkin Bozqurd
(+994)55-923-99-31 Sevinc Əliyeva
(+994)50-387-82-32 Ülviyyə Qurban

 Ü lviyyə Qurban  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi