Modern.az

Parlament Davaları - Bu cür döyüş səhnələrini ancaq kinoda görmək olar - VIDEO

Parlament Davaları - Bu cür döyüş səhnələrini ancaq kinoda görmək olar - VIDEO

İqtisadiyyat

13 Aprel 2013, 15:14

Modern.az “Parlament davaları” rubrikasında növbəti videogörüntünü təqdim edir. Budəfəki, deputat qalmaqalı Hindistan Milli Konqresində baş verib.

Videomaterialın xülasəsi: Hindistan Milli Konqresi – 2008-ci il. Siyasətçilər ilk olaraq spikerin və həmsədrlərin gecikməsini yaxşı qarşılamırlar. Sonra isə müzakirəyə çıxarılan məsələ müxalif cəbhəni özündən çıxarır. Hadisələrə çılğın və emosional reaksiya verən deputatlar məsələni ölüm-dirim həddinə çatdırırlar. Konqresin iclas zalında bir neçə dəqiqə içində vətəndaş müharibəsini xatırladan səhnələr yaşanır. Mikrafonlar, stullar, bir sözlə ələ nə keçdisə, deputatların silahına çevrilir. Nəticədə Konqres qan gölünə çevrilir.
“New Daly İndia”  “Demokratiya üçün mübarizə” başlığı altında bir müddət bu görüntülər əsasında cəmiyyətin fikirlərini araşdırdı. Ümumilikdə zorakılığın bu son həddinin dünya miqyasında oxşar insidentlərin heç biri ilə müqayisəyə gəlmədiyi barədə bir nəticəyə gəldilər.

 

 Elçin AĞAYEV

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi