Modern.az

Hərbi hissədə partlayış - 2 əsgərimiz yaralandı

Hərbi hissədə partlayış - 2 əsgərimiz yaralandı

Aktual

15 Aprel 2013, 12:07


Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayevin ANS-ə verdiyi məlumata görə, hərbi hissənin qazanxanasında partlayış olub. Hadisə nəticəsində iki əsgər - Musazadə Natiq və Bayramov Xaliq müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hazırda hər iki əsgər hospitaldadır və vəziyyətləri ağır qiymətləndirilir.

"Onların müalicəsi üçün nə lazımdırsa edilir”-deyə T.Abdullayev bildirib.

Onun sözlərinə görə, Xaliqov Bayram Rafiq oğlu Nəsimi rayonundan, Musazadə Abbas Natiq oğlu isə Füzuli rayonundan hərbi xidmətə çağırılıb.

Yaralı əsgərlərin Bakıya göndəriləcəyi bildirilir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı