Modern.az

Eldar İbrahimov: “Təklifim çox yaxşı qarşılandı”

Eldar İbrahimov: “Təklifim çox yaxşı qarşılandı”

15 Aprel 2013, 13:15


Kiyev şəhərində Ukrayna Regionlar Partiyasının dəvəti ilə MDB ölkələri “Partiyaların əməkdaşlığı və qarşılıqlı məsələlərin həlli” mövzusunda dəyirmi masa təşkil edilib. Bu barədə Modern.az-a millət vəkili Eldar İbrahimov məlumat verib. Tədbirdə postsovet məkanı iqtidar partiyaları iştirak edib. Deputat Eldar İbrahimov və həmkarı Hüseynbala Mirələmov dəyirmi masaya YAP təmsilçiləri kimi qatılıblar.

“Tədbirdə ilk olaraq Rusiya nümayəndəsi çıxış etdi. Sonra söz Azərbaycan nümayəndələrinə verildi. Mən Yeni Azərbaycan Partiyasının bütün bu məsələlərlə əlaqədar mövqeyini açıqladım. Təbii ki, Avropa ölkələri ilə, Avroatlantik məkan da daxil olmaqla, Asiya siyasi partiyaları ilə münasibətlərimizi, eləcə də Yeni Azərbaycan Partiyasının Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Türkiyə, Çin, Serbiya, Pakistan və bir çox ölkələrlə əlaqələrimizi dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdım. Qeyd etdim ki, elə bu günlərdə Azərbaycanda böyük bir konfrans keçirildi. Konfrans Asiya siyasi partiyaların “Qadınlar qanadı” üzrə iclasa həsr olunmuşdu .Və orada 35 ölkənin nümayəndəsi iştirak edirdi. Konfransın nəticəsi ondan ibarətdir ki, Asiya siyasi partiyaları ilə YAP-ın əlaqələrini daha da inkişaf etdirmək lazımdır. Təklif etdim ki, MDB-də olan siyasi və iqtidar partiyaları arasında da belə bir komitə yaratmaq lazımdır. Bu daimi komitə gələcəkdə qadın və gənclər, eyni zamanda başqa strukturlarda partiyalararası görüşlər keçirsinlər. Təklifim çox yaxşı qarşılandı”.

E. İbrahimov bildirib ki, tədbirin sonunda isə Ukrayna baş naziri Azarov çıxış edərək bütün məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, MDB dövlətləri iqtidar partiyalarının görüşməsi çox xeyirlidir. Millət vəkilinin sözlərinə görə, oktyabr ayında yenidən belə bir dəyirmi masa keçiriləcək. “Gömrük İttifaqı” ilə əlaqədar hətta müqavilə imzalanması da nəzərdə tutulur”.  

 

Şahanə Rəhimli

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?