Modern.az

Deputat: “İcra başçısının döyülməsi yalan xəbərdir”

Deputat: “İcra başçısının döyülməsi yalan xəbərdir”

15 Aprel 2013, 16:57


Bir müddət öncə mətbuatda Quba rayonunun yeni icra başçısı Mübariz Ağayevin nəqliyyat naziri Ziya Məmmədovun adamları tərəfindən döyülməsi barədə məlumat yayılmışdı. Bu kimi fikirlərə isə Quba rayonunda seçilən deputatlardan reaksiya gəlməyib. Modern.az millət vəkili Vahid Əhmədova müraciət edərək məsələnin nə yerdə olduğunu, başçısının doğurdanmı döyüldüyünü və yeni başçısının insanlarla necə işlədiyini öyrənməyə çalışıb.

Millət vəkili rayonda yeni icra başçısının fəaliyyətini normal qiymətləndirib. “Su, kanalizasiya və turizm sahəsində işlər intensivləşib. Mütəmadi olaraq hər həftə rayonda oluram. Və gedəndə icra başçısı ilə görüşürəm. Rayona getməyəndə isə telefon əlaqəsi yaradıram”.

V.Əhmədov qeyd edib ki, icra başçısı insanlarla daha sıx işləyir. İcra başçısının nazir tərəfindən döydürülməsi məsələsinə gəlincə, Vahid Əhmədov bildirib ki, Azərbaycanda mətbuat azaddır və sərbəstdir, ona görə bu kimi ifadələr işlədirlər.

“Bu məlumatlar həqiqətə uyğun deyil. Hətta birinci dəfə bunu eşidəndə təəccübləndim və icra başçısı ilə əlaqə saxladım. Belə bir məsələ olmadığı ortadadır”.  

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir