Modern.az

Dövlət Komitəsi nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi standartına dəyişikliklər edib

Dövlət Komitəsi nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi standartına dəyişikliklər edib

Aktual

15 Aprel 2013, 17:07

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Əmri ilə AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına dəyişikliklər edilib.

Komitədən Modern.az-a verilən məlumat görə, dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilmiş dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.

 

Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü