Modern.az

AİPS-in bayrağı Soçidə Azərbaycana təqdim ediləcək

AİPS-in bayrağı Soçidə Azərbaycana təqdim ediləcək

Aktual

15 Aprel 2013, 17:09

Modern.az xəbər verir ki, aprelin 15-dən 19-dək Rusiyanın Soçi şəhərində Dünya İdman Jurnalistləri İttifaqının – AİPS-in 76-cı konqresi keçiriləcək.

Konqresdə Azərbaycandan AİPS-in 4 üzvü iştirak edəcək. Bunlar Azərbaycan Milli Olimpiya Komitsəinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyi mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və vitse-prezidenti Nərgiz Mahmudzadədir.

Qeyd edək ki, gələn il AİPS-in 77-ci konqresi Azərbaycan paytaxtında təşkil ediləcək. Bu münasibətlə təşkilatın bayrağının Azərbaycan nümayəndə heyətinə təqdim edilməsi gözlənilir. Tədbirin gedişində ölkəmizin gələn ilki ev sahibliyi ilə bağlı təqdimatı da olacaq

 

Aytən Əliyeva  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır