Modern.az

İmişlidə dəhşətli avtomobil qəzasında 4 nəfər ölüb

İmişlidə dəhşətli avtomobil qəzasında 4 nəfər ölüb

Aktual

15 Aprel 2013, 17:36


Modern.az “apa”- ya istinadən xəbər verir ki,  bu gün saat 13.00 radələrində İmişli rayonunun Məmmədli kəndi ərazisində ağır yol qəzası olub. İmişli Rayon Polis Şöbəsinin verdiyi məlumata görə, dörd gəncin ölümü ilə nəticələnən dəhşətli qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 78-ci kilometrliyində İmişli rayonu, Ağaməmmədli kəndindən keçən hissəsində baş verib. İmişli rayon istiqamətində hərəkətdə olan  toy karvanındakı  16 yaşlı Musayev Vüsal Beydullah oğlunun idarə etdiyi “VAZ-21015” markalı minik avtombili qarşıdan gələn Gürcüstan vətəndaşı Yahyayev Şahinin idarə etdiyi “SHACMAN” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində İmişli rayonu Əliyetməzli kənd sakinləri 1994-ci il təvəllüdlü Fətullayev Fətulla Əzizağa oğlu,   1996-cı il təvəllüdlü Baxşəliyev Rahib Nizam oğlu, 1998-ci il təvəllüdlü Musayev Vüsal Beydullah  oğlu və 1996–cı il təvəllüdlü Məmmədov Elşən Kamran oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin meyitləri avtomobildən xüsusi alətlərlə çıxarılıb. Faktla bağlı araşdırma aparılır. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır