Modern.az

ATƏT-in monitorinqi niyə baş tutmadı?

ATƏT-in monitorinqi niyə baş tutmadı?

16 Mart 2010, 17:19

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 16-da Azərbaycan Respublikası Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində keçiriləcək monitorinq baş tutmayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, monitorinq keçirilməzdən əvvəl Azərbaycanın Müdafi Nazirliyi tərəfindən sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılıb. Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildiriblər. Bu təkiddən sonra monitorinqə icazə verilib. Bu gün isə ATƏT nümayəndələrini aparan nəqdliyyat vasitələri həmin göstərilən ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı