Modern.az

İlham Əliyev AYİB-in prezidentini qəbul edib

İlham Əliyev AYİB-in prezidentini qəbul edib

16 Mart 2010, 20:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı ölkəmizin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev bu təşkilatla bir sıra uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. Ötən il dünyada baş verən maliyyə böhranına baxmayaraq əməkdaşlığımızın davam etdiyini qeyd edən Prezident İlham Əliyev dövlət strukturları ilə yanaşı, özəl sektorda da birgə layihələrin maliyyələşdirilməsini müsbət hal kimi dəyərləndirib. Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyi işinə xidmət edəcəyinə əminliyini bildirib.
Tomas Mirou Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizlə əməkdaşlığa sadiq olduğunu qeyd edib. Ötən il Qaradağ sement zavoduna qoyulan sərmayənin özəl sektora ən böyük investisiya yatırımlarından biri olduğunu deyən Tomas Mirou rəhbərlik etdiyi bankın, həmçinin Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib. O, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizin enerji sektorunda əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu da vurğulayıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər