Modern.az

“Azərbaycan dastanları” audiokitabı hazırlanıb

“Azərbaycan dastanları” audiokitabı hazırlanıb

17 Mart 2010, 16:26

Martın 17-də Azərbaycan Media Mərkəzində “Azərbaycan dastanları” audiokitabının təqdimat mərasimi keçirlib. Mərasimdə çıxış edən “Azərbaycan dastanları” layihəsinin rəhbəri, Nəriman Nərimanov adına kitabxananın direktoru Arzu Soltan deyib ki, audiokitabı hazırlamaqda məqsəd dastanların yaşadılması, təbliğidir. Layihəni “Diplomat Körpəm” uşaq jurnalı gerçəkləşdirib.

Audiokitabın hazırlanmasına Açıq Cəmiyyət İnstitun Yardım Fondu 5 min dollar vəsait ayırıb. Audiokitabın sayı 150 ədəddir. Umumilikdə audiokitabda 10 dastan yerləşdirilib. Dastanların səsləndirilməsində və audiokitabın  tərtib olunmasında əsasən gənclər və tələbələr iştrak edib.

Audiokitabın müxtəlif kitabxanalarda və təhsil müəssisələrində yayılması planlaşdırılıb. Audiokitab həm də görmə qabiliyyəti zəif olanlar üçün faydalıdır. Mail

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?