Modern.az

Yenə erməni həyassızlığı

Yenə  erməni həyassızlığı

17 Mart 2010, 17:49

Ermənistan Nabukko qaz kəməri layihəsində iştirakını istisna etmir. Modern.az e

rməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Almaniyanın  Deutsche Welle agentliyinə verdiyi müsahibəsində bildirib.  Nalbandyan həyasızcasına bildirir ki, Ermənittan region ölkəsi kimi bütün iqtisadi layihələrdə iştirak etməlidir. “Biz hesab edirik ki, bütün  regional layihələrə, xüsusən də iqtisadi  layihələrə bütün ölkələr cəlb olunmalıdır. Hər hansı ölkəni bu layihələrdən kənarda qoymaq olmaz”-deyə Nalbandyan bildirib.  "Ermənistan bu cür qaz kəməri layihələrində tranzit ölkə kimi iştirak etmək istərdimi" sualına cavabında Nalbandyan qeyd edib ki, energetik  resurslarla bağlı olan bütün layihələrdə Ermənistan iştirak etməyə hazırdır.  “Əsas məsələ odur ki, bu layihələr real, regionun maraqlarına cavab versin, siyasi motivli  olmasın və iqtisadi səmərə versin”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir